Login form

Calendar
«  January 2008  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Search

Main

Registration

Login
Welcome Qonaq | RSS


Senin yeni sirli dunyan...


Friday, 2024.04.19, 8:18 PM
Main » 2008 » January » 19 » Təbabətdə yeniliklər, maraqlı xəbərlər.
Təbabətdə yeniliklər, maraqlı xəbərlər.
0:51 AM

ABŞ-da kokain əleyhinə peyvənd sınaqdan keçirilir

Hyustondakı Beylor Tibb Kollecinin əməkdaşları kokain asılılığının müalicəsi üçün hazırlanmış peyvəndi klinik sınaqlardan keçirir. Bu preparatın immun sistemə təsiri ilə xüsusi anticisimlər meydana gəlir ki, bunlar da kokaini beynə nüfuz etmədən neytrallaşdırır. Beləliklə, kokain qəbulunun narkoman üçün heç bir əhəmiyyəti qalmır.

Immun sisteminin tanıması üçün alimlər kokain molekulunu vəba vibrionu toksininin iri zülal molekulu ilə birləşdirmişlər. Əsl kokaindən fərqli olaraq bu yeni kimyəvi birləşmə eyforiya və asılılıq yaratmır. Lakin orqanizmdə bu preparata qarşı yaranan anticisimlər həm yeni "hibrid" molekulu, həm də təmiz kokaini tanımağa qadirdir.
Peyvəndin yaradıcıları ər və arvad Tom və Tereza Kosten ötən 2007-ci ilin sonunda klinik sınaqların üçüncü mərhələsi üçün müraciət etmişlər. Araşdırmalarda uzun müddət kokaindən istifadə etmiş 300-ə yaxın pasientin iştirak edəcəyi gözlənilir. Tədqiqatçıların dediyinə görə, sınaqlar uğurla nəticələnsə belə, preparatdın kütləvi şəkildə istifadəsi yalnız bir neçə ildən sonra mümkün olacaq.
Kokain asılılığının müalicəsi üçün vaksin Kosten cütlüyünün yeganə layihəsi deyil. Hal-hazırda onlar metamfetamin, heroin və nikotinin təsirini blokada edən vaksinlər üzərində işləyirlər.

Category: Xəbərlər | Views: 953 | Added by: unique | Rating: 0.0/0
Only registered users can add comments.
[ Registration | Login ]
Site menu

Blog sections
Proqramlar
E-kitab
Bizim Şərur
Şəkillər
Avto_Dunya
Tema
Mobil dünya
Yaşanmıs hekayələr
Oyunlar
İslam
Xəbərlər
Maraqlı
Mp3
Video

Our poll
İnternetdən nə üçün istifadə edirsiniz?
Bütün səslər: 471

Site friends

Statistics

Cəmi 1
Qonaq 1
Üzv 0

Copyright MyCorp © 2024