
|
 |


 |
 | Welcome Qonaq | RSS
Senin yeni sirli dunyan...
Saturday, 2025.11.01, 11:21 AM |  |
|
 |
Main » 2007 » November » 04 » MTV 2007 Mükafatları
MTV 2007 Mükafatları | 1:02 AM |
MTV-nin 2007 Avropa musiqi mükafatları, noyabrın 1-də Almaniyanın Münih şəhərində keçirilən böyük tədbirlə sahiblərinə verildi. 23 yaşında olan Kanadalı müğənni Avril Lavigne, “Ən Yaxşı Müğənni” və “Ən Yaxşı Mahnı” adlı 2 mükafat qazanaraq tədbir gecəsinin ulduzu oldu. Avril, 2-ci mükafatını “Girlfriend” mahnısı ilə aldı. Digər bir Kanadalı müğənni Nelly Furtado isə 7 milyon ədəd satılmış “Loose” albomu ilə “Ən Yaxşı Albom” mükafatına layiq görüldü. Bu günə kimi 40 milyon CD-ləri satılan Amerikalı rock qrup Linkin Park “Ən Yaxşı Qrup”, 30 Second To Mars qrupu isə “Ən Yaxşı Rock Qrup” mükafatını aldılar. Münihdə 14-cüsü keçirilən bu tədbirdə, digər mükafat qazananlar: “Ən Yaxşı Müğənni” – Avril Lavigne “Ən Yaxşı Albom” – Nelly Furtado “Loose” albomu “Ən Yaxşı Qrup” – Linkin Park “Ən Yaxşı Rock Qrup” – 30 Second To Mars “Ən Yaxşı Hip-Hop Qrupu”- Rihanna “Ən Yaxşı Mahnı” – Avril Lavigne “Girlfriend” mahnısı “Ən Yaxşı Klip” – Justic “D.A.N.C.E” klipi “İlin Konserti” - Muse Qeyd edim ki tədbirin açılışını əfsanəvi Nirvana qrupunun bateristi olan Dave Grohl-un Nirvanadan sonra qurduğu və qrupda solist kimi fəaliyyət göstərdiyi Foo Fighter qrupunun yeni hiti olan "The Pretender" mahnısını ilə, başqa bir əfsanə qrup Sex Pistols-un klassik “God Save The Queen” mahnısını birləşdirib oxuyaraq tədbirdə əla atmosfer yaratdılar. Fikirlərinizi bilmək maraqlı olardı..
|
|
Category: Xəbərlər |
Views: 1011 |
Added by: Error
| Rating: 0.0/0 |
|
|
| Site menu |
|
|
 |
| Blog sections |
|
 |
| Our poll |
|
 |
| Site friends |
|
 |
| Statistics |
Cəmi 1 Qonaq 1 Üzv 0 |
 |
|