Login form

Calendar
«  October 2007  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Search

Main

Registration

Login
Welcome Qonaq | RSS


Senin yeni sirli dunyan...


Friday, 2024.04.26, 0:26 AM
Main » 2007 » October » 23 » Letifeler :)))))
Letifeler :)))))
1:44 AM
1. Bir gün böyük alman sərkərdəsi Bissmark döyüşdə qəhrəmcasına vuruşmuş əsgərlərdən birini yanına çağırıb deyir..
B. Əsgər döyüşdə göstərdiyin şücaətə görə bu Medalı istəyirsən yoxsa 100 qızıl?
Ə. Medalın qiyməti nə qədərdir?
B. Hazırlanmasına üç qızıl xərclənib..
Ə. Elə isə bu medalı bir də 97 qızıl istərdim.

2. Cəhənnəmdə Baba və Nəvənin söhbəti...
B. Savaşın ən qızğın yeri idi Generalımız “ya gedin savaşın, ya da savaşmayıb qaçacağınız tədqirdə döyüşən dostlarınız tərəfindən güllələnəcəksiniz” dedi...
N. Həə Baba bəs sonraaa??
B. Heç dostlarımız satqıncasına bizi güllələdilər!!

3. İki ovçunun dialogu...
A. Görurəm çox bacarıqlı itiniz var onu almaq istərdim...
B. Əlbəttə, ala bilərsiniz!
A. Bəs itiniz yiyəsinə sadiqdir?
B. Bəs necə sadiq olduğuna 100 də 100 qarantiya verə bilərəm!!
A. Necə yəni yüzdə yüz qarantiya?
B. Bu günə kimi beş dəfə satmışam həmişə də qayıdıb yanıma!

4. Musiqi məktəbində müəllimlə şagirdin dialoqu...
M. DO dan sonra nə gəlir?
Ş. Müəllim, söhbət sizdən gedirsə DO dan sonra NUZ gəlir!!

5. Qadınların həyatında üç period olur..Birincisində onlar Atalarının, ikincisində Ərlərinin, üçüncüsündə isə Kürəkənlərinin zəhləsini tökürlər!!

6. Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllimi ilə rastlaşır...
T. Salam, Müəllim!
M. Mən axmaqlarla salamlaşmıram!!
T. Təsəvvür edirsiz mən isə təkcə axmaqlarla salamlaşıram!

7. Bir gün bir dəli dəlixanadan anasına məktub yazır..
“Salam ana necəsən? Mən yaxşıyam! Artıq üç həftədir ki, dəlixanamızda hovuz istifadəyə verilib..və biz demək olar ki, hər gün orda üzürük...Baş həkim söz verib ki, özümüzü yaxşı aparsaq hələ hovuzu su ilə də dolduracaq”

8. Soyuducuda iki pomidorun söhbəti...
a. Yaman soyuqdur!
b. Aman Allah pomidorların danışdığını bilmirdim..

9. Bir gün bir jurnalist məşhur ermənidən intervyu götürür...
J. Sizcə dünyanın ən xain, axmaq və oğru milləti kimdir?
E. “За то” biz dünyada ən yaxşı konyak hazırlayan millətik!

10. İki Bakılının söhbəti...
a. Dünən 10 dollar tapmışdım tulladım saxta idi!
b. Saxta olduğunu hardan bildin..
a. Harda görubsən ki, 10 rəqəmində üç sıfır ola?

11. İki bitin dialoqu...
a. Hardan gəlirsən?
b. Məhəmmədin başından!
a. Hansı Məhəmmədin?
b. Keçəl Məhəmmədin, basına sürüşməyə getmişdim...

12. 2 usağı olub əsgərliyə gedən bir kənd qaqaşı evinə gəlincə stolun ətrafında arvadını və 3 uşaq görür. –Eşşək qızı eşşək mən gedəndə 2 uşaq var idi ,3-cu hardan çıxdı?Arvadı çox sakitcə cavab verir –nə bağırırsan sənə ata deyiiiir?oturub qatığını yeyir dəəə
13. Bir gün axşam Mollanın arvadının sancıları başlayır. Molla sevinir ki uşağım olacaq. Mamaçanı çağırır.Mamaça gəlir arvada baxıb deyir ki molla get isti su, təmiz dəsmal, bir də şam gətir.Molla bunları gətirir istəyir ki uşağın olmasına baxsın amma mamaça qoymur, mollanı çölə qovur. Molla çölde həyəcanla gözləyir ki ,görəsən oğlum olacaq ya qızım. Elə bu vaxt içəridən mamaçanin səsi gəlir :
- Molla, muştuluq oğlun oldu!
Molla sevinməyə başlayır, 2 dəqiqədən sonra içəridən səs gəlir ki "molla bir dənə də qızın oldu". Molla dilxor olur ki qıza baxmaq çətindi. Elə bu vaxt içəriden səs gəlir ki molla bir dənə də qızın oldu. 4-cü dəfə səs gələndə molla day dözə bilmir. Qapını arayalıb mamaçaya deyir:
- Ay bajı, başına dönüm, o şamı söndür deyəsən bu it uşağı işığa yığışır.

14. Bir gün oğlan öz istədiyi qizla gəzməyə çıxır birdən hava soyuyur qız deyir hava necə soyuqdu oğlan da deyir ki, yaxşı ki, pencək geyinmişəm

15. Sən haçan 2-ni düzəldəcəksən ? -Ata, mən neyləyim, jurnal müəllimlər otağındadır.

16. Bir nəfər televiziya kanalına məktub yazır: “Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir".

17. Elan: Diqqət “Çoxlu pul qazanmağın 1000 sadə üsulu” kitabının çapı üçün sponsor axtarılır.

18. Ofisiant müştəriyə yaxınlaşır: - Siz içirsiniz ? - Yox mən sükan arxasındayam. 5 dəqiqədən sonra ofisiant əlində badə ilə araq həmin müştəriyə yaxınlaşır: - Siz artıq içə bilərsiniz, sizin maşınınızı oğurladılar.

19. Bir nəfər qəbrsanlıqda qəbrlərdən birinin yanında hönkür-hönkür ağlayırmış: - Sən hələ ölməməliydin. Sənin ömrün hələ qalmışdı. Öldün, hamımızın fəlakəti oldu ölməyinlə.... Bunu görən qəbirsanlıqda bir nəfər gəlir: - Nə oldu, qardaşındı, atandı, allah rəhmət eləsin... - Yox, arvadımın birinci əri.

20. Günlərin bir günü oğul atasından dondurma pulu istəyir və deyir:
-ata mənə 5 manat pul ver dəə dondurma alım.
Atası deyir:
-nə qədər 4 manat?... 3 manati neynirsən…2 manat verim 1 manatı qaytar!

21. İki qadının dialoqu...
a. aaaa başın xarabdı dənizə niyə qara paltar geyinirsən?
b. Bilirsəəən..ərim üzə bilmir məndə hər şeyə əvvəlcədən hazır olmağı xoşlayan insanam.

P.S:Əməyə hörmət
Fikir bildirməyi unutmayın....

Category: Maraqlı | Views: 1010 | Added by: Error | Rating: 0.0/0
Only registered users can add comments.
[ Registration | Login ]
Site menu

Blog sections
Proqramlar
E-kitab
Bizim Şərur
Şəkillər
Avto_Dunya
Tema
Mobil dünya
Yaşanmıs hekayələr
Oyunlar
İslam
Xəbərlər
Maraqlı
Mp3
Video

Our poll
İnternetdən nə üçün istifadə edirsiniz?
Bütün səslər: 471

Site friends

Statistics

Cəmi 1
Qonaq 1
Üzv 0

Copyright MyCorp © 2024