Login form

Calendar
«  March 2008  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Search

Main

Registration

Login
Welcome Qonaq | RSS


Senin yeni sirli dunyan...


Tuesday, 2017.11.21, 7:30 AM
Main » 2008 » March » 28 » ZAQATALANIN İCRA BAŞÇISI HİCABA DA QADAĞA QOYUB
ZAQATALANIN İCRA BAŞÇISI HİCABA DA QADAĞA QOYUB
7:57 AM

ZAQATALANIN İCRA BAŞÇISI HİCABA DA QADAĞA QOYUB
İnanclı şagirdlər məktəbə getməkdən imtina edir

Zaqatalada hicablı şagirdlər dərsə buraxılmır.
Bu barədə redaksiyamıza rayondan daxil olan məlumatda qadağanın rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən qoyulduğu bildirilir. Xəbər verilir ki, icra başçısı rayonun Qazangül qəsəbəsindəki orta məktəbdə olarkən şagirdlərin əksəriyyətinin hicabla dərslərdə iştirakından qəzəblənib.
Lakin qəzəbini məktəbdə büruzə verməyən A.Əsgərov dərhal müşavirə keçirib və məktəb direktorlarından şagirdlərə hicabla dərsə gəlməyə icazə verməməyi tələb edib. Bu qadağadan sonra məktəb direktorları hicablı qızlara qarşı görünməmiş kobudluq göstərib. Aldığımız məlumata görə, Zaqatala şəhər 1 saylı orta məktəbin direktoru Fatma İsrafilova şagirdlərin hicablarını cırıb.
Eyni hal Zaqatala şəhəri Şıxəli Qurbanov adına orta məktəbdə də təkrarlanıb. Bu barədə qəzetimizə məlumat verən rayon sakinləri inanclı şagirdlərin əksəriyyətinin məktəbə getməkdən imtina etdiklərini bildirdi.
Xatırladaq ki, keçən ilin dekabrından etibarən A.Əsgərovun göstərişilə Zaqatalada azana da qadağa qoyulub. Rayon əhalisinin və ölkə ictimaiyyətinin təpkilərinə baxmayaraq icra başçısı qadağanı hələ də ləğv etmir. Bundan əlavə, onun göstərişi əsasında polis mütəmadi olaraq dindarları həbs edir. Rayon ərazisində həmçinin inanclı isanların saqqal saxlanmasına icazə verilmir.
Dünən məsələ ilə bağlı Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədovla əlaqə saxladıq. T.Məmmədov hicabla bağlı redaksiyamıza verilən məlumatı təkzib etdi: “Rayon ərazisində yerləşən məktəblərdə hicabla əlaqədar xüsusi qadağanın tətbiq edilməsi barədə verilən məlumat həqiqətəuyğun deyil. Təhsil Nazirliyinin sərəncamına uyğun olaraq şagirdlərin məktəbli forması ilə təmin edilməsi prosesinə başlanılıb. Aprelin 1-dən bütün şagirdlər dərsə məktəbli forması ilə gələcək. Şagirdlərin hicabının direktorlar tərəfindən çıxarılması və yaxud onlara qarşı kobud davranış göstərilməsi barədə deyilənlər də həqiqətəuyğun deyil”.

Category: Maraqlı | Views: 3150 | Added by: Venom_01 | Rating: 0.0/0
Only registered users can add comments.
[ Registration | Login ]
Site menu

Blog sections
Proqramlar
E-kitab
Bizim Şərur
Şəkillər
Avto_Dunya
Tema
Mobil dünya
Yaşanmıs hekayələr
Oyunlar
İslam
Xəbərlər
Maraqlı
Mp3
Video

Our poll
İnternetdən nə üçün istifadə edirsiniz?
Bütün səslər: 471

Site friends

Statistics

Cəmi 1
Qonaq 1
Üzv 0

Copyright MyCorp © 2017