Avqust ayından axtarılan Ukraynalı xaker Maksim Yastremski tutuldu ! Onun kompyüterindən Türkiyənin 100 ən varlı şəxslərinin kredit kartlarının informasiyaları tapıldı !!! Sən demə o bu işi 6 ilə varməş ki, edirmiş. Ancaq nədənsə axtarışı 1 ay əvvəl başlayıb Xaker Antalyada barların birində əylənərkən tutuldu...Xakerin notbukunu tapsalar da məlum oldu ki, notbuku ancaq özünün barmaq izləri ilə açmaq olur. Polislərin səyi nəticəsində notbuk açıldı və içində çox maraqlı məlumatlar tapıldı. Bu xaker 100 ən varlı türk iş adamı və 1500-ə yaxın şəxslərin kredit kartlarının informasiyasını ələ keçirib. Əgər tutulmasaydı bu iş adamları bankrota doğru gedəcəkdilər. ABŞ və Ukrayna isə xakerin öz dövlətlərinə təslim edilməsini tələb edir. Son söz isə Türkiyə deyəcək. Məlum olub ki, bu xaker ildə 10 milyon $ qazanıb. Bundan əlavə məlum olub ki, Maksim bir qrup da təşkil edib. həmin qrupun üzvləri də yaxalanıb. Faktla bağlı Türkiyə hələ də araşdırma aparır...
|