Login form

Calendar
«  October 2007  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Search

Main

Registration

Login
Welcome Qonaq | RSS


Senin yeni sirli dunyan...


Wednesday, 2017.09.20, 1:21 AM
Main » 2007 » October » 7 » Lətifələr :) (1)
Lətifələr :) (1)
11:29 AM

1) Bir millioner samoletda uçur. Birdən samolet partlayır. Hamı panikaya düşür və özünü aşağı atır. Bu millionere paraşut verirlər. Bu göydə paraşutla uça uça deyir "Ay Allah qurban olum sənə mən yerə sağ salamat çatım 100 milyard pulum var 90mlr verəcəm kasıblara , 150 maşınım var 140 verəcəm kasiblara , 50 evim var 49 verəcəm" kasıblara nəisə bu yerə sağ salamt çatır . Düşən kimi deyir "Ay Allah qurban olum sənə adam göydə olanda nə gic gic şeylər adamın beyninə girir"..

2) Hacı dayı qoyunu otlağdan evə aparanda yolda qəflətən qarşısına bir canavar çıxır. Hacı dayı yerindəcə donub qalır... Qorxudan tir-tir əsən, ara vermədən mələyən goyuna üzünü tutub deyir:"E,ne mee,mee salmısan,canavar özü yaxşı bilir kimi yimax lazımdı".

3) Mamed gəlir çayxanaya... üst-baş it günündə... Camaat soruşur: "Ay Mamed, nə olub?"
Mamed: "Qaynanamı basdırırdıq."
Camaat: "Allah rəhmət eləsin. Üst-başın niyə cırıqdı?"
Mamed: "Arvad yaman güclüdü. Bir az dirəndi"

4) İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm

5) Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar

6) 80 yaşında er arvad evde otururlar, canları sıxılır. arvad düşünür düşünür ve erine deyir:
- Ezizim, gel biz gencliyimizi xatırlayaq, yene evvelki kimi meni görüşe çağır..
Er razılaşır. Bu axşam seni sahilde saat 6 da gözleyecem deyir.
Ne ise adam gedir sahilde gözlemeye başlayır. yarım saat keçdi, 1 saat keçdi, 2 saat, 3 saat, arvad gelmedi. Adam esebleşir eve gelir qapını vurur açır:
- Hardasan sen, neçe saatdır seni sahilde gözleyirem,- deyir
Arvad: E atam icaze vermedi evden çıxmağaaa

7) Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan...

8) Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
Natiq deyir : Hııııııııııııııııı......
Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə....
Biraz sonra.....
Oooooooooorrxaaaaaaaannnn.....
Orxan : Hııııııııı......
Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə.......
Müəllimə deyir: Hıııııııııı.....
Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar

9) Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam

10) Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.
P.S Fikir bildirməyi unutmayın....

Category: Maraqlı | Views: 565 | Added by: Error | Rating: 0.0/0
Only registered users can add comments.
[ Registration | Login ]
Site menu

Blog sections
Proqramlar
E-kitab
Bizim Şərur
Şəkillər
Avto_Dunya
Tema
Mobil dünya
Yaşanmıs hekayələr
Oyunlar
İslam
Xəbərlər
Maraqlı
Mp3
Video

Our poll
İnternetdən nə üçün istifadə edirsiniz?
Bütün səslər: 471

Site friends

Statistics

Cəmi 1
Qonaq 1
Üzv 0

Copyright MyCorp © 2017