Elşad Xose azadlığa buraxılıb
Rep ustasının barəsində seçilmiş həbs-qətimkan tədbiri daxili işlər naziri Ramil Usubovun apardığı araşdırmadan sonra dəyişdirilib
Rep ustası Elşad Xose azadlığa buraxılıb. Bu haqda məlumatı ANS-PRESS-ə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov verib.
Rep ustasının barəsində seçilmiş həbs-qətimkan tədbiri daxili işlər naziri, general-polkovnik Ramil Usubovun apardığı araşdırmadan sonra dəyişdirilib və o, sentyabrın 27-də günün ikinci yarısı zaminə buraxılıb.
Xatırladaq ki, E. Behbudov dünən daxili işlər naziri R.Usubovlala görüşündə Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan repçi Elşad Xose barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini və ya onun zaminə buraxılmasını xahiş edib. P.S Fikir bildirməyi unutmayın....